Dördüncü dalğa QAPIDA – “Lazım olsa, üçüncü, dördüncü doza da vurulacaq...” - PROFESSOR

Dördüncü dalğa QAPIDA – “Lazım olsa, üçüncü, dördüncü doza da vurulacaq...” - PROFESSOR

Hazırda oxunan: Dördüncü dalğa QAPIDA – “Lazım olsa, üçüncü, dördüncü doza da vurulacaq...” - PROFESSOR

25375

Azərbaycanda xeyli müddətdir ki, epidemioloji durum sabitləşib. Yoluxmada azalma, sağalmada isə artım müşahidə olunur. Digər tərəfdən əhali mərhələlərlə iki dozluq vaksinasiya prosesinə cəlb edilirlər. Bununla yanaşı rəsmi qurumlar üçüncü dozun da tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Ümümdünya Səhiyyə Təşkilatı üçüncü dozun qəbulunu təsdiqləməsə də mütəxəssislər vəziyyətin gərginləşəcəyini və bunun üçün üçüncü doza, hətta yeni vaksinlərə ehtiyac olacağını ehtimal edirlər. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla üçüncü dozun tətbiqi ilə bağlı narahatlıqları anlamadığını deyib: 
 

“Əvvəla epidemioloji vəziyyətin stabilləşməsinə baxmayaraq, dördüncü dalğanın başlanması xeyli real və məntiqidir. Çünki Hindistanda Delta ştammından 350 mindən çox insan dünyasını dəyişib. Hansı ki, bu 2 dəfə mutasiyaya uğramış ştammdır.


Dördüncü dalğanın başlanması bəşəriyyəti çox ciddi fəsadlarla üzbəüz qoya bilər. Bu baxımdan hesab edirəm ki, istər üçüncü doz, istərsə də əlavə vaksinasiya olsun, insanların burada narazılıqları heç bir mahiyyət daşımır. O insanlar narazıdırlar ki, yəqin heç nə anlamırlar. Koronavirusdan nə qədər insan dünyasını dəyişdi. Dördüncü dalğa reallaşarsa, hansı nəticələr ola bilər, bunu təsəvvür edirsiz? Vaksinasiyaya qarşı niyə bu cür reaksiya var? Lazım olsa, üçüncü doza da vurulacaq, təkrar vaksinasiya da olacaq. Söhbət insanları xilas etməkdən gedir. Ona görə də mən bu yanaşmanı doğru hesab etmirəm”.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə işçilərinə fəxri adlar verildi - SƏRƏNCAM


Həkimin sözlərinə görə vaksin istehsalı elə də asan deyil:

“Bu istehsal müəyyən zaman tələb edir. Pfizer vaksini hazırlanandan sonra xeyli çalışmalardan keçdi. Bu gün ən çox sınaqlardan keçən vaksin odur. Əldə olan bütün imkanlardan istifadə etmək lazımdır. Dünyanın əhalisi 7 milyardı aşıb. Bu qədər vaksin istehsalına 4-5 il vaxt lazımdır. Bunu sadəcə anlamaq lazımdır”, deyə Adil Qeybulla əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO