Hava limanında yoxa çıxan baqajların sonrakı aqibəti - VİDEO

Hava limanında yoxa çıxan baqajların sonrakı aqibəti - VİDEO

Hazırda oxunan: Hava limanında yoxa çıxan baqajların sonrakı aqibəti - VİDEO

253699

Statistikaya görə, hər il AZAL-ın reyslərində ortalama 2 000-2 500 çamadan itir. Daha sonra müvafiq qaydada axtarış prosesi başlayır.

Bizim.Media xəbər verir ki, mövzuya baqaj axtarışı üzrə agent Mehriban Əsgərova münasibət bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə yerli axtarış həyata keçirilir:

"Yerli axtarışlara lentin yoxlanılması, bunker ərazisinin, təyyarənin bort hissəsinin və perronun araşdırılması daxildir. Əgər bu yoxlamaların nəticəsində sərnişinin baqajının ümumiyyətlə gəlmədiyi müəyyənləşərsə, o zaman PIR (Bağlamanın Axtarışı Aktı) sənədi tərtib olunur.
 

Bu sənəddə sərnişinin əsas məlumatları, baqaj birkasının nömrəsi, tipi, çəkisi, sərnişinin əlaqə nömrələri və eyni zamanda bizim əlaqə vasitələrimiz qeyd olunur ki, sərnişin baqajı barədə məlumat ala bilsin. Baqaj tapıldıqda sərnişinə dərhal xəbər verilir və qeyd etdiyi ünvana çatdırılır".


Daha ətraflı Baku TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO