Ruslar muzdlusuz döyüşə bilmirlər - Amma Qarabağda onları axtarırdılar - VİDEO

Ruslar muzdlusuz döyüşə bilmirlər - Amma Qarabağda onları axtarırdılar - VİDEO

Hazırda oxunan: Ruslar muzdlusuz döyüşə bilmirlər - Amma Qarabağda onları axtarırdılar - VİDEO

253670

2020-ci ildə Qarabağ müharibəsi zamanı Rusiya mediası və rəsmi şəxsləri Azərbaycanı xarici muzdlularla birgə döyüşməkdə ittiham edirdi. Onlar iddia edirdilər ki, Azərbaycan tərəfdə Suriyadan gətirilmiş radikal döyüşçülər, türk komandosları və hətta qaradərili muzdlular döyüşür.

Bizim.Media xəbər verir ki, bu tezisi o qədər israrla təbliğ edirdilər ki, sanki buna inanmaq özləri üçün bir növ psixoloji təsəlli idi. Amma bütün bu ittihamlara baxmayaraq, ortada ciddi sübut ortaya qoyulmadı. Heç bir beynəlxalq müşahidəçi, heç bir obyektiv araşdırma bu iddiaları təsdiqləmədi.
 

Vaxt keçdi və indi vəziyyət tam tərsinə dəyişib. Özlərini "ikinci ən güclü ordu" hesab edən Rusiya indi açıq şəkildə dünyanın müxtəlif ölkələrindən olan muzdlularla Ukraynaya qarşı müharibə aparır. Və bu, artıq heç kimdən gizlədilmir. Rusiyanın rəhbər şəxsləri belə bunu açıq etiraf edir. Ukraynada əsir götürülən döyüşçülər arasında afrikalılar, serblər, Orta Asiya ölkələrindən olan muzdlular və digər yadelli insanlar var. Onların görüntüləri yayımlanır, pasportları, ifadələri ortadadır.


Rusiya bir zamanlar başqasını ittiham etdiyi şeyi indi özü daha geniş miqyasda həyata keçirir. O dövrdə Azərbaycana qarşı aparılan təbliğat kampaniyasının əsassız olduğu artıq aydın görünür. Əslində Rusiya o zaman qarşı tərəfə atdığı ittihamla öz niyyətlərini ört-basdır etməyə çalışırmış. İndi isə həqiqət açıq-aşkar ortadadır: başqalarını muzdlularla döyüşməkdə günahlandıran Rusiya, əslində özü muzdlularsız döyüşə bilmir. Bu, həm mənəvi, həm də hərbi baxımdan onun zəifliyini göstərir.

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO