OpenAI məlumat verib ki, ChatGPT indi daha çox tətbiq və servisə qoşula bilir.
Bu, uyğun icazələr olduqda real vaxt rejimində həmin mənbələrdən məlumatların çıxarılmasına imkan yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə PCworld yazıb.
Qoşulma imkanı olan yeni xidmətlər arasında Outlook, Teams, Google Disk, Gmail və Linear da var. Bundan əlavə, OpenAI görüşlərin və səsli qeydlərin transkripsiyası və təhlili üçün yeni “Record Mode” funksiyasının tətbiqinə başlayıb.
Sadalanan bu yeni inteqrasiyalar yalnız ChatGPT-nin ödənişli tarif planlarından istifadə edənlərə – Plus, Pro, Team, Enterprise və Edu abunəçilərinə əlçatandır.
Qeyd edək ki, bu funksiya Avropa İqtisadi Zonası (AİZ), İsveçrə və Böyük Britaniya istifadəçiləri üçün əlçatan deyil.
Team, Enterprise və Edu abunəçiləri üçün əlavə olaraq SharePoint, Dropbox və Box kimi xidmətlərlə də inteqrasiya mümkündür.
Bundan başqa, OpenAI macOS istifadəçiləri üçün Record Mode funksiyasının tətbiqinə start verib. Şirkətin sözlərinə görə, bu alət tək düymə ilə istənilən görüşü və ya səsli qeydi yazmağa imkan verir. ChatGPT həmin qeydi transkribə edir, əsas məqamları çıxarır və onu növbəti addımlara, planlara və ya hətta koda çevirə bilir.
OpenAI bildirib ki, Record Mode tezliklə ChatGPT Plus, Pro və Enterprise tarif planlarında da istifadəyə veriləcək. Amma bu funksiyanın Windows və ya veb interfeys üzərindən əlçatan olub-olmayacağı hələlik bəlli deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:17 / 08.06.2025
ChatGPT-in yeni UĞURU: Daha çox tətbiqlərə qoşuldu
Hazırda oxunan: ChatGPT-in yeni UĞURU: Daha çox tətbiqlərə qoşuldu
Hazırda oxunan: ChatGPT-in yeni UĞURU: Daha çox tətbiqlərə qoşuldu
253619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.