"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa Premyer Liqada klubunu dəyişəcək.
Bizim.Media xəbər verir ki, "Arsenal" ispan qolkiperi heyətinə qatmağa yaxındır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunub. "Arsenal" 30 yaşlı "əlcək sahibi" üçün "Çelsi"yə 5 milyon funt-sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, Kepa Arrisabalaqa ötən mövsüm icarə əsasında "Bornmut"da çıxış edib. İspaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində 35 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:58 / 07.06.2025
“Arsenal” “Çelsi”nin qapıçısını transfer edəcək
Hazırda oxunan: “Arsenal” “Çelsi”nin qapıçısını transfer edəcək
Hazırda oxunan: “Arsenal” “Çelsi”nin qapıçısını transfer edəcək
253606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.