"Sənə gedən yol çox uzun və çətin oldu" — FOTO

"Sənə gedən yol çox uzun və çətin oldu" — FOTO

Hazırda oxunan: "Sənə gedən yol çox uzun və çətin oldu" — FOTO

253555

Aktyor Nicat Rəhimovun qızı Mehribanın bir yaşı tamam olur.

Bizim.Media xəbər verir ki, həyat yoldaşı Ülviyyə bununla bağlı paylaşım edib.

"Sənə gedən yol çox uzun və çətin oldu. Amma sən gəlişinlə özündən öncəki həyatı unutdurdun. Məyusluqları, itkiləri, gücsüzlüyü yox elədin. Bir gülüşün ilə bütün günün yorğunluğunu aradan qaldırırsan. Bir baxışınla davam etməyə güc verirsən. Həyata məna, məqsəd, dəyər qatırsan. Nə yaxşı ki, bizi öz valideynin olaraq seçdin. Nə yaxşı ki, Allah bizi sənə laiq bildi. Sən hər zaman sağlam və xoşbəxt ol. Saleh bəndə, xeyirli övlad ol. Amin. Bütün mənfilər səndən daim uzaq olsun. Allah səni qorusun, qızım, 1 yaşın mübarək" deyə, o, paylaşımında yazıb.

Nicat isə övladı ilə olan fotosunu "Əziz qızım, bu gün sənin 1 yaşın tamam olur və mən dünyanın ən şanslı atasıyam. Sən dünyamızdakı ən qiymətli varlıqsan. Hər şey səninlə daha gözəldir, çox xoşbəxt ol" sözləri ilə yayımlayıb.

Qeyd edək ki, Nicat açıqlamalarındn birində 6 il sonra övladı olduğunu deyib. (axsam.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO