NATO Mərkəzində bayrağımız ucaldıldı – FOTO

NATO Mərkəzində bayrağımız ucaldıldı – FOTO

Hazırda oxunan: NATO Mərkəzində bayrağımız ucaldıldı – FOTO

253515

Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Dövlət Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.
 

Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib.


Eyni zamanda, Azərbaycanın NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb.

Çıxışda, həmçinin 2025-ci ildən etibarən 3 il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə Qərargah Zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Muradov Murad Eldar oğlunun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.

Mərasimin sonunda Azərbaycannın NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO