"Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ – Məlumatlarınız ələ keçirilə bilər

"Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ – Məlumatlarınız ələ keçirilə bilər

Hazırda oxunan: "Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ – Məlumatlarınız ələ keçirilə bilər

253500

Rusiya FSB-si "Telegram" messencerində rusların Ukrayna çat botlarına göndərdiyi mesajlara giriş əldə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Perviy Otdel” layihəsi məlumat yayıb.

Məlumata görə, rusiyalılar tərəfindən ukraynalı çat-botlara göndərilmiş “gizli məlumatlar” və ya Ukrayna ordusuna maddi dəstək barədə hesabatlar artıq FSB-nin əlinə keçib və bu əsasında “dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılır.

Mesajların ələ keçirilməsi 2022-ci ilin yazında başlanan cinayət işi çərçivəsində həyata keçirilir.

İşi FSB-nin istintaq idarəsinin birinci şöbəsi aparır. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, şəxs saxlanılana qədər onun yazışmaları artıq xüsusi xidmət orqanları tərəfindən oxunmuş olur.

“Bəzi işlərdə məlum olan texniki üsullarla – məsələn, məlumatların könüllü ötürülməsi, sındırma (hacking), fişinq və ya zərərli proqram vasitəsilə – izah oluna bilməyən hallar var. Bu isə ya hələ açıqlanmayan kibercasusluq alətinin istifadəsinə, ya da Telegram-ın Rusiya hakimiyyəti ilə əməkdaşlıq etdiyinə işarə edə bilər. Biz bunun digər sahələrdə də əlamətlərini müşahidə edirik”, – deyə “Perviy Otdel”in hüquqşünası Dmitri Zair-Bek bildirib.

Digər hüquqşünas Yevgeni Smirnov da Telegram-ın etibarlılığı ilə bağlı şübhələrini ifadə edib.

“Perviy Otdel”şəxsi və məxfi ünsiyyət üçün Signal, Session və SimpleX Chat kimi alternativ platformalardan istifadə olunmasını tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO