Bu ölkələr Yer üzündən silinə bilər – XƏBƏRDARLIQ

Bu ölkələr Yer üzündən silinə bilər – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu ölkələr Yer üzündən silinə bilər – XƏBƏRDARLIQ

253493

Qlobal istiləşmə ilə əlaqədar olaraq okean səviyyəsinin yüksəlməsi ada dövlətləri üçün ekzistensial təhlükə yaradır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaydığı hesabatda qeyd olunub.
 

Hesabatda Sakit okeanın cənub-qərbində 2024-cü ildə qeydə alınmış temperatur rekorduna diqqət çəkilir.


Sənəddə vurğulanır ki, hər il Sakit okean adalarının ən azı 50 min sakini iqlim dəyişikliyinin mənfi təsirləri səbəbilə məcburi köçkün olmaq riski ilə üz-üzə qalır.

Sakit okeanın səviyyəsi qlobal orta səviyyədən yüksəkdir və əhalinin yarıdan çoxunun sahildən 500 metr məsafədə yaşadığı adalar üçün ciddi təhlükə yaradır.

Yerli icmalar yüksəkriskli ərazilərdə qalmaq və ya daha təhlükəsiz ərazilərə köçmək barədə çətin qərarlar verməyə məcbur qalırlar. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO