Smartfon və planşet qarşısında uzun müddət vaxt keçirmək uşaqlarda nitq qabiliyyətinin gec inkişaf etməsinə səbəb ola bilər.
Bizim.Media "Sabah"-a istinadən xəbər verir ki, bu barədə Türkiyəli pediatrı Uzm. Dr. Reyhan Tamer valideynlərə xəbərdarlıq edib.
“Əgər bir uşaq 1 yaşına çatdıqda adına reaksiya vermirsə və ya 1,5 yaşında hələ də mənalı sözlər işlətmirsə, mütləq mütəxəssisə müraciət olunmalıdır".
Reyhan Tamer uşağın gec danışmasının əsas səbəblərindən birinin ağıllı telefon, televizor olduğunu bildirib:
“Uşaqların ekran qarşısında keçirdiyi vaxtı məhdudlaşdırın, bunun əvəzinə onlarla söhbət edin və birlikdə oyun oynayın.”
Bizim.Media