“Ümumiyyətlə, Azərbaycanda elə ərazi olmayacaq ki, torpağın satış qiymətləri ensin. Bütün ərazilərdə qiymətlər artacaq. Bakı şəhəri baş planında 2040-cı ilə uyğun olaraq yeni infrastruktur dəyişiklikləri baş verəcək alt mərkəzlər nəzərdə tutulub”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Demokrat.az”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib.
“Yəni şəhərin mərkəzi və mərkəzə yaxın yerlərdə deyil, ucqarlara doğru getdikcə qiymətlər artacaq.
Ələt və Hövsan ərazisində təxminən 1,5 dəfə, yəni qiymətlərin 50% yüksələcəyi gözlənilir. Nərimanov rayonu ərazisində sürətli tikintilər aparıldığı üçün torpaq tapmaq çətinləşib. Bu da qiymətlərin 20-25% artacağını deməyə imkan verir”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:04 / 06.06.2025
Bakıda bu ərazilərdə torpaq sahələri 50 faiz bahalaşacaq
Hazırda oxunan: Bakıda bu ərazilərdə torpaq sahələri 50 faiz bahalaşacaq
Hazırda oxunan: Bakıda bu ərazilərdə torpaq sahələri 50 faiz bahalaşacaq
253344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.