Yayın əvəzolunmazı olan qarpız nə vaxt alınmalıdır? Qida mütəxəssisləri iddia edirlər ki, qarpızları iyul ayından əvvəl almaq olmaz, çünki bu, sağlamlıq üçün zərərlidir.
Bizim.Media xəbər verir ki, qastroenteroloq həkim Yuliya Slasten vurğulayıb ki, qarpızın vaxtından əvvəl yeyilməsi zəhərlənməyə səbəb ola bilər.
Onun sözlərinə görə, iyun ayında satışda olan qarpızlar çoxlu miqdarda nitratlar ehtiva edə bilər. Buna görə də, məsləhət görülür ki, alıcılar qarpızın haradan gətirildiyinə diqqət yetirsinlər:
“Çox zaman istehsalçılar qazancı artırmaq üçün qarpızın böyüməsini sürətləndirmək məqsədilə ona yüksək miqdarda kimyəvi maddələr əlavə edirlər. Odur ki, alıcılar məhsulun gətirildiyi ölkəyə diqqət etməlidirlər və imkan daxilində onun hansı şəraitdə yetişdirildiyini internet vasitəsilə araşdırsınlar”.
Həmçinin məsləhət görülür ki, insanlar dilimlənmiş halda satışa çıxarılan yox, bütöv halda satılan qarpızları alsınlar.
Əgər məhsulun istifadəsindən sonra ürəkbulanma, qusma simptomları yaranarsa və sonradan hərarət artarsa və ya baş ağrısı başlayarsa, dərhal həkimə müraciət olunmalıdır.
Bunun üçün də mütəxəssislər zəhərlənmənin qarşısını almaq üçün iyul ayına qədər qarpız almağa tələsməməyi tövsiyə edirlər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki həzm sistemi xəstəlikləri olan insanlar daha həssasdırlar. Onlar zəhərləndikdə təcili tibbi yardım çağırılmalıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:57 / 05.06.2025
İyun ayında qarpız yemək OLMAZ - Bəs əsl mövsümü nə vaxtdır?
Hazırda oxunan: İyun ayında qarpız yemək OLMAZ - Bəs əsl mövsümü nə vaxtdır?
Hazırda oxunan: İyun ayında qarpız yemək OLMAZ - Bəs əsl mövsümü nə vaxtdır?
253298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.