Ukrayna vurulan rus təyyarələrinin sayını şişirdib – “Reuters” SİRRLƏRİ AÇDI

Ukrayna vurulan rus təyyarələrinin sayını şişirdib – “Reuters” SİRRLƏRİ AÇDI

Hazırda oxunan: Ukrayna vurulan rus təyyarələrinin sayını şişirdib – “Reuters” SİRRLƏRİ AÇDI

253154

Amerikalı rəsmilərin bildirdiyinə görə, Ukraynanın “Hörümçək toru” (rus. “Паутина”) əməliyyatı çərçivəsində Rusiya aerodromlarına dronlarla həyata keçirdiyi hücum zamanı vurulan təyyarələrin sayı əvvəllər iddia olunandan az olub.

Bizim.Media xəbər verir ki, Reuters agentliyi iki amerikalı rəsmiyə istinadən yazır ki, həmin əməliyyat nəticəsində Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus təxminən 20 təyyarəyə zərər dəyib, onlardan 10-a qədəri isə tamamilə məhv edilib.

Bu rəqəm Ukrayna tərəfindən daha əvvəl səsləndirilən və 41 təyyarənin vurulduğunu iddia edən açıqlamadan təxminən iki dəfə azdır. 

Agentlik Kiyev və Vaşinqtondan əldə edilən bu məlumatların heç birini müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edir.
 

Bununla belə, ABŞ-dakı mənbələr bu hücumu çox mühüm və təsirli sayır. Eyni zamanda, amerikalı rəsmilərdən biri bildirib ki, bu əməliyyatdan sonra Moskva danışıqlarda daha sərt mövqe tuta bilər.


Reuters həmçinin qeyd edir ki, kommersiya peyklərindən əldə edilən görüntülər nəticəsində Rusiyaya məxsus Tu-95 və Tu-22 bombardmançı təyyarələrinin zədələndiyi təsdiqlənib. Bu təyyarələr əvvəllər Ukraynaya qarşı raket zərbələri üçün istifadə olunub.

Əməliyyat onu da göstərdi ki, Ukrayna Rusiya ordusunun irəliləməsinin qarşısını almağa çalışdığı halda belə, cəbhə xəttindən 4300 kilometrədək məsafədə yerləşən hədəflərə zərbə endirmək qabiliyyətinə malikdir. Rusiya hərbi bloqçuları isə baş vermiş hadisəyə görə öz ölkələrinin rəhbərliyini arxayınlıqda ittiham etməyə başlayıblar. Onların fikrincə, məhz bu səbəbdən strateji əhəmiyyət daşıyan bombardmançı təyyarələr hücumun hədəfinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO