Mobil telefonlara müdaxilə edən şirkət rəhbəri HƏBS EDİLDİ

Mobil telefonlara müdaxilə edən şirkət rəhbəri HƏBS EDİLDİ

Hazırda oxunan: Mobil telefonlara müdaxilə edən şirkət rəhbəri HƏBS EDİLDİ

253085

Mobil telefonlar və digər texniki avadanlıqlara kənardan müdaxilə edən proqramlar hazırlamaqda, eləcə də kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə ittiham olunan "Zeromap" MMC-nin icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin qərarı ilə Tural Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Xatırladaq ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxilolma), 272.2.1-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün vasitələrin dövriyyəsi) maddələri ilə təqsirləndirilib.


İttihama əsasən, Tural Əliyev 4 il ərzində həm yerli, həm də xarici fiziki və hüquqi şəxslərin mobil telefon və kompüter sistemlərinə icazəsiz müdaxilələr həyata keçirib. O, həmçinin kiberhücumlar vasitəsilə xarici şirkətlərin məxfi məlumatlarına da çıxış əldə edib. (milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO