"Davam" və ANİİA birgə "Gənc sahibkarlar" klubu yaradır – FOTO

Hazırda oxunan: "Davam" və ANİİA birgə "Gənc sahibkarlar" klubu yaradır – FOTO

25308

18 iyun tarixində Bakı Dayaq Mərkəzində "Davam” Gənclər Hərəkatı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iştirakı ilə media-brifinq keçirilib.

Bizim.Media xəbər verir ki, brifinqdə "Davam”ın sədri Nihad Allahyarlı, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və KOBİA İctimai Şurasının sədri Fərhad Qaraşov, media nümayəndələri iştirak edib.

Brifinqin keçirilməsində məqsəd "Davam” Gənclər Hərəkatı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında imzalanan əməkdaşlıq haqqında niyyət sazişini ölkə ictimaiyyətinə təqdim etmək olub.

Sazişə əsasən qarşıda duran məsələlərdə narçılığın təşviqi, narın Azərbaycan məhsulu olmasının dünya ictimaiyyətinə çatdırılması və mənfur düşmənin narla bağlı yaratmaq istədiyi yanlış düşüncələrin aradan qaldırılması istiqamətində müxtəlif addımların atılması planlaşdırılır. Eləcə də hər iki tərəf üçün gənc sahibkarların inkişafına töhfə vermək məqsədilə hərəkat nəzdində "Gənc sahibkarlar” klubunun yaradılması və bu klubun fəaliyyətinin tənzimlənməsi üçün Assosiasiya ilə davamlı işin aparılması prioritet hədəf kimi qarşıya qoyulub.

Brifinqin gedişatında sual-cavab sessiyası baş tutub, tərəflər və jurnalistlər arasında fikir mübadiləsi aparılıb.

Sonda Assosiasiyanın sədri Fərhad Qaraşov ANİİA adından olan xüsusi hədiyyəni "Davam” Gənclər Hərəkatına təqdim edib. Hərəkatın sədri Nihad Allahyarlı Fərhad Qaraşovu ofis və katibliklə tanış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO