Ticarət Mərkəzlərində absurd QƏRAR – Operativ Qəragah da “copy-paste”lə məşğuldur

Ticarət Mərkəzlərində absurd QƏRAR – Operativ Qəragah da “copy-paste”lə məşğuldur

Hazırda oxunan: Ticarət Mərkəzlərində absurd QƏRAR – Operativ Qəragah da “copy-paste”lə məşğuldur

25300

Azərbaycanda ticarət məkanlarında geyim otaqlarından istifadə qadağan olunub. Bu məhdudiyyət həm böyük ticarət mərkəzlərində, həm də kiçik geyim mağazalarında tətbiq olunur.  

Qoyulan məhdudiyyət istehlakçıların ciddi narazılığına səbəb olub. Mağaza sahibləri və satıcılar da məhdudiyyətin ticarətə zərər vurduğunu qeyd edirlər. Bildirilir ki, geyim otağından istifadəsinin qadağan olduğunu bilən alıcılar məhsulu dərhal yerinə qoyub, mağazadan çıxırlar. 

Sual yaranır -  necə olur ki, kütləviliyin müşahidə olunduğu ticarət məkanlarının digər yerlərində deyil, məhz alıcıların tək halda daxil olduğu geyinmə otaqlarında pandemiyanın yayılma riski yaranır?  

Ticarət məkanlarında virusun yayılmasının qarşısının alınması, eyni zamanda bunun sashibkarlara zərər vurmaması, istehlakçıların narazılığına şərait yaratmaması üçün hansı addımlar atıla bilər? 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında son günlər məsələ ilə bağlı çoxsaylı şikayətlər aldığını deyib: 
 

“Bu birmənalı olaraq istehlakçıların seçim hüququnun məhdudlaşdırılmasıdır və  şikayətlərin hədsiz artmasına səbəb olacaq. İstehlakçıların böyük narazılığı var, bu narazılıq aradan qaldırılmalıdır.


Hesab edirəm ki, qərar dərhal dəyişdirilməlidir. Bunun mahiyyəti odur ki, “malı götür və çıx get”. Qərar istehlakçını yoxlamadan malı almağa məcbur etməklə, hardasa biznesin maraqlarına uyğundur. Bu ləğv olunmasa, satıcıların qarşısında qeyd-şərtsiz istehlakçının təlabatını ödəməyən malın qaytarılması tələbi qoyulmalıdır”.

Birlik sədri istehlakçıların malları qaytarmaq hüquqdan da danışıb: 

“14 gün ərzində istehlakçının tələbatını ödəməyən mal kassa çeki yanında olmaq şərtilə dəyişdirilməli və dəyişdirilməsi mümkün olmayan hallarda qaytarılmalıdır”.

Eyyub Hüseynov qeyd edib ki, geyim otaqları o qədər də təhlükəli deyil. Ora maska ilə daxil olmaq tələbi qoyulmaqla ilə məsələ çözülə bilərdi.

Qeyd edək ki, oxşar məhdudiyyət bəzi xarici ölkələrdə də tətbiq olunub. Məsələn, ABŞ-da da geyinmə otaqlarından istifadəyə icazə verilmir.

Burada istehlakçı məhsulun dəyərini ödəməklə onu götürsə də bu hələ satılmış mal hesab olunmur. Geyinib yoxlamadığı üçün onun qaytarılma ehtimalı böyük olur. Operativ Qəragah isə yerli şəraitə uyğun qərarlar qəbul etməkdənsə, ancaq xaricə baxıb “copy-paste”lə məşğuldur deyəsən. 
 

Bu təcrübənin tətbiqi də əslində istehlakçılar üçün vaxt itgisi, gərginlik demək olar. Ticarət məkanlarından uzaqda yaşayan Bakı ətrafı kəndlərin sakinlər üçün isə xüsusilə çətindir.


Buna görə də hesab olunur ki, virusun yayılma təhlükəsini azaltmaq üçün mütəmadi olaraq ticarət məkanları, o cümlədən də geyinmə otaqları dezinfeksiya olunmalıdır. Eyni zamanda alıcıların maska və ara məsafəsi tələbinə əməl etməsinə ciddi şəkildə nəzarət edilməlir. Böyük ticarət mərkəzlərinin girişində istehlakçıların bədən temperaturunun ölçülməsindən sonra məkana girişinə icazənin verilməsi də tətbiq oluna bilər. 

Xatirə Nəsirli, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO