Sabirabadda bir ailənin 4 üzvünün öldüyü yanğından iki nəfər xilas edilib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində həlak olan 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanovun anası, 1956-cı il təvəllüdlü Bahar Niyaz qızı İmanova və onun digər oğlu, 1983-cu il təvəllüdlü Ruslan Ağasəf oğlu İmanov yanğından sağ çıxıb.
Məlumata görə, onlar Bakıda yaşayır və həmin gün ailəyə qonaq gəliblərmiş.
Həmin şəxslər evin birinci mərtəbəsində yatdığından hadisədən tez xəbər tutub və yanğından xilas ola biliblər.
Xatırladaq ki, ölən şəxslər Muğan Gəncəli kənd sakinləri - 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:17 / 04.06.2025
Dörd nəfərin öldüyü yanğından ana və digər oğlu xilas olub - YENİ DETALLAR
Hazırda oxunan: Dörd nəfərin öldüyü yanğından ana və digər oğlu xilas olub - YENİ DETALLAR
Hazırda oxunan: Dörd nəfərin öldüyü yanğından ana və digər oğlu xilas olub - YENİ DETALLAR
252959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.