Murad şəxsi həyatından DANIŞDI: “Deyirlər ki, evlənsəm, özümə vaxt ayıra bilməyəcəm” - VİDEO

Murad şəxsi həyatından DANIŞDI: “Deyirlər ki, evlənsəm, özümə vaxt ayıra bilməyəcəm” - VİDEO

Hazırda oxunan: Murad şəxsi həyatından DANIŞDI: “Deyirlər ki, evlənsəm, özümə vaxt ayıra bilməyəcəm” - VİDEO

252932

Murad İsmayıl övladlarından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Pərvizə görə” proqramında danışıb.

Aktyor bildirib ki, ata olmaq onu daha məsuliyyətli edib:

“Atalıq mənə çox yaraşır. Düşünürəm ki, yaxşı atayam. Atam da yaxşı atadır, onun atası da yaxşı ata olub.

Bu, həyatda yaşamağa, daha çox pul qazanmağa, daha çox uğur əldə etməyimə stimul verir. İndi bilərəkdən ailə qurmayan gənclər var. Deyirlər ki, evlənsəm, çətin olacaq, özümə vaxt ayıra bilməyəcəm, sənətə vaxt ayıra bilməyəcəm. Mən ən çətin, yorğun vaxtımda uşaqlardan enerji alıram ki, sabah işimlə daha yaxşı məşğul ola bilim.
 

Onlar mənə stimul verirlər, mənə heç bir çətinlik yaratmırlar. Ata olmaq məni daha məsuliyyətli edib, təmkinli, səbrli etmişəm. Ata olmaq məni mərhəmətli edib. Sənətdə qocalığı, bir də ana-ata rolunu oynamaq çətindir. Əgər valideyn deyilsənsə, bu rolları oynamaq çox çətindir.


Düşünürəm ki, bu, sənətimə də kömək edir. Tək özün üçün yaşamırsan, uşaqların üçün də yaşayırsan”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO