Şamaxıda avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Çarhan kəndi ərazisində “Renault” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Nəticədə “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, VAZ-2107-nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər - 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bizim.Media, Aran bürosu