Səhiyyə Nazirliyindən mövsümi qriplə bağlı əhaliyə ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən mövsümi qriplə bağlı əhaliyə ÇAĞIRIŞ

Hazırda oxunan: Səhiyyə Nazirliyindən mövsümi qriplə bağlı əhaliyə ÇAĞIRIŞ

252860

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyidən məlumat verilib.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verib:

Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;

Əl gigiyenasına ciddi riayət edin;

Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;

Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO