Əhaliyə vacib XƏBƏRDARLIQ - 50 saata çatdı

Əhaliyə vacib XƏBƏRDARLIQ - 50 saata çatdı

Hazırda oxunan: Əhaliyə vacib XƏBƏRDARLIQ - 50 saata çatdı

252847

Yer üzündə maqnit qasırğaları artıq 48 saatdır davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun portalı məlumat yayıb.

"Ümumilikdə, davamlı geomaqnit pozuntularının ümumi müddəti 54 saat təşkil edib. Hazırda planeti əhatə edən plazmanın temperaturu 100 min dərəcəyə yaxındır. Bu temperatur hadisənin zirvəsində, 3 milyondan çoxdur".

Bundan əvvəl Günəş bu il Yerə yönələn ən böyük plazma emissiyasını qeydə alıb. Bu, mayın 31-nə keçən gecə baş verib və M8.2 səviyyəli güclü günəş alışmasının nəticəsi olub.

Qeyd edək ki, iyunun 2-də Yer kürəsində başlayan maqnit qasırğası G3 sinfinə qədər güclənib ki, bu da beş indikator şkalasında "güclü" qiymətinə uyğundur. G3 fırtınası enerji sistemlərinin işində problemlər yarada bilər. Bundan əlavə, peyk və aşağı tezlikli radionaviqasiyada, eləcə də yüksək tezlikli radio rabitəsində nasazlıqlar mümkündür. (baku.ws)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO