Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Ukraynanın bu vilayətlərinə hücum etdi: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

252790

Rusiya ötən gecə növbəti dəfə Ukraynanın bir neçə bölgəsinə PUA (pilotsuz uçuş aparatı) hücumu təşkil edib. Çerniqov, Odessa və Xarkov vilayətlərində hücum nəticəsində ölənlər və yaralananlar var.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çaus yayıb.

Onun sözlərinə görə, şəhər gecə saatlarında “Geran-2” tipli Rusiya dronlarının hücumuna məruz qalıb. Nəticədə çoxmərtəbəli binalar, məktəb, bir neçə mağaza, avtobus dayanacağı, fərdi yaşayış evləri və sənaye müəssisəsi zərər görüb.

Yanğınsöndürmə xidməti sənaye obyektində baş verən yanğını lokallaşdırmağa çalışır.

Hücum zamanı 3 nəfər yaralanıb: 1 qadın və 2 kişi xəstəxanaya yerləşdirilib.

Çerniqov şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brijinski isə daha dəqiq məlumat verərək 4 nəfərin yaralandığını bildirib – 2 qadın və 2 kişi.

Xarkov vilayətinin Balakleya şəhərində də Rusiya dronları mülki müəssisəyə düşüb. Bu barədə şəhər administrasiyasının rəhbəri Vitali Karabanov məlumat verib.

1 nəfər həlak olub, 1 nəfər yaralanıb – hər ikisi müəssisənin işçiləridir.

Odessa şəhərinin meri Gennadi Truxanov bildirib ki, gecə saatlarında PUA hücumu nəticəsində yaşayış evləri və mülki infrastruktur obyektləri zərər görüb, bir neçə avtomobil yanıb.

Sonradan verilən məlumata əsasən, 4 nəfər yaralanıb, müxtəlif ünvanlarda yanğınlar baş verib. Ən genişmiqyaslı yanğın ərzaq anbarlarında baş verib.

Odessa vilayət prokurorluğunun səhər saat 9:15-də yaydığı rəsmi məlumata görə, yaralıların sayı 5 nəfərə yüksəlib. Onların hamısı kişidir (1947–1997-ci il təvəllüdlü).

Prokurorluq bildirir ki, hücum müharibə cinayəti kimi qiymətləndirilir (Ukrayna Cinayət Məcəlləsinin 438.1-ci maddəsi).

Xatırladaq ki, dünən Rusiya və Ukrayna arasında İstanbulda növbəti sülh danışıqları baş tutub. Görüş bir saatdan bir qədər artıq davam etsə də, atəşkəs məsələsində irəliləyiş əldə olunmayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya 2-3 günlük lokal atəşkəs təklif edib – ölən əsgərlərin cəsədlərinin təxliyəsi üçün.

Lakin Ukrayna tərəfi tam və qeyd-şərtsiz atəşkəs tələb edir – həm quruda, həm havada, həm də dənizdə.

Bununla yanaşı, Medinski yeni əsir mübadiləsinin mümkünlüyünü təsdiqləyib. Onun sözlərinə görə, ağır yaralılar və xəstələr “hamı-hamıya” prinsipi ilə dəyişdiriləcək, həmçinin gənc əsgərlər də bu dəyişmə prosesinə daxil ediləcək.

Mübadilənin 1000–1200 nəfəri əhatə edəcəyi gözlənilir. Bu, müharibənin əvvəlindən bəri ən genişmiqyaslı əsir mübadiləsi olacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO