Azərbaycanda oğlanlar savadsızlaşır – Qızların üstünlüyü ŞOK RƏQƏMLƏRDƏ  

Azərbaycanda oğlanlar savadsızlaşır – Qızların üstünlüyü ŞOK RƏQƏMLƏRDƏ  

Hazırda oxunan: Azərbaycanda oğlanlar savadsızlaşır – Qızların üstünlüyü ŞOK RƏQƏMLƏRDƏ  

25277

Təhsil nazirliyinin açıqlamasına görə, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirəcək. Bu məzunlar 2010/2011-ci tədris ilində orta məktəbə ilk dəfə qədəm qoymuş şəxslərdir. 

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyevin “Facebook” hesabındakı təhlilinə görə həmin tədris ilində ölkə üzrə 1-ci siniflərə gedən şagirdlərin sayı 119 min 851 nəfər olub:

“Göründüyü kimi 2010/2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təxminən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilmir. Bu şəxslərin bir hissəsi 9-cu sinfi bitirdikdən sonra orta ixtisas və peşə təhsilinə üz tutsalar da, tam orta təhsili ala bilməyənlər kifayət qədərdir. Gender təhlilini aparsaq görərik ki, vəziyyət oğlanlarda nisbətən pisdir. Məsələn, oğlan şagirdlərin 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda, qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%)”. 

Ekspert vurğulayıb ki, Nazirliyin digər açıqlamasına görə, bu il IX sinifləri 131 min 227 nəfər bitirəcək:

“Bu siniflərin şagirdləri 1-ci sinifə 2012/2013-cü ilə gediblər və həmin vaxt onların sayı 135 min 425 nəfər olub. Nəticədə 4 min 198 nəfər 9-cu sinfi bitirə bilməyib. Bunların 2261-i oğlanların, 1937-si qızların payına düşür”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO