Gəncədə qudasına xəsarət yetirən şəxs SAXLANILDI

Gəncədə qudasına xəsarət yetirən şəxs SAXLANILDI

Hazırda oxunan: Gəncədə qudasına xəsarət yetirən şəxs SAXLANILDI

252759

Gəncədə qohumuna kəsici alətlə xəsarət yetirən şəxs saxlanılıb.

Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə 1980-ci il təvəllüdlü Əli Alişanov bədənin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun
Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə hadisəni törətməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Zakir Sadıqov saxlanılıb.

Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb. Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
 

Qeyd edək ki, Gəncədə qudalar arasında qanlı dava baş verib. Qohumlar arasında baş verən kütləvi dava şəhərin Məhsəti qəsəbəsində baş verib. Ailə münaqişəsi zəminində qudalar arasında baş verən hadisə zamanı Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Əli Alişanov bıçaq xəsarəti alıb.


Onun həyat yoldaşı Aynur Alişanova və 2005-ci il təvəllüdlü oğlu Alim Alişanov isə balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdiriliblər. 45 yaşlı Əli Alişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib.

Dava zamanı qarşı tərəfdən isə 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu, 1999-cu il təvəllüdlü Elşən Sadıqov xəsarət alıb. Onların bədən nahiyyələrində kəsici deşici yaralar olduğu bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO