Türkiyədə güclü zəlzələ: 1 ölü, 69 yaralı var – VİDEO

Türkiyədə güclü zəlzələ: 1 ölü, 69 yaralı var – VİDEO

Hazırda oxunan: Türkiyədə güclü zəlzələ: 1 ölü, 69 yaralı var – VİDEO

252733

Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

“TRT Haber” zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirib.

Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO