Ordumuza aid hərbi avtomobil aşdı - FOTO

Ordumuza aid hərbi avtomobil aşdı - FOTO

Hazırda oxunan: Ordumuza aid hərbi avtomobil aşdı - FOTO

252701

Bərdədə yük avtomobili aşıb.

Bizim.Media "teleqraf"a istinadən xəbərinə görə, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.

Yük maşını hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Yük avtomobilinin sürücüsü minik avtomobilini vurmamaq üçün maşını yol kənarına çəkməyə çalışıb.

Nəticədə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq, yol kənarına aşıb. Bildirilir ki, "Kamaz" markalı avtomobil Azərbaycan Ordusuna aid olub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma başlanıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO