Medinski: “Rusiya Ukraynaya iki-üç günlük atəşkəs təklif edib” - VİDEO

Medinski: “Rusiya Ukraynaya iki-üç günlük atəşkəs təklif edib” - VİDEO

Hazırda oxunan: Medinski: “Rusiya Ukraynaya iki-üç günlük atəşkəs təklif edib” - VİDEO

252683

“Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində iki-üç günlük konkret atəşkəs təklif edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski İstanbulda keçirilən danışıqlardan sonra keçirilən mətbuata açıqlaması zamanı bildirib.

Medinski qeyd edib ki, Moskva və Kiyev komandirlərin öz əsgərlərinin cəsədlərini toplaya bilməsi üçün müəyyən ərazilərdə atəşkəsə razılaşıblar: “Ukrayna hərbçiləri yaxın vaxtlarda müəyyən ərazilərdə atəşkəs təklifi hazırlayacaqlarına söz veriblər”.

O bildirib ki, tərəflər siyasi qərarlar olmadan ağır yaralı əsgərlərin mübadiləsi üçün komissiya yaradacaq: “Biz bir neçə praktiki məsələni həll etmişik, birtərəfli qaydada 6 min ukraynalı zabitin meyitini təhvil veririk. Onların tərəfində zabitlərimizin cəsədləri varmı, bilmirəm, biz onları qəbul edəcəyik. Mübadilələr mütəmadi olaraq, işlək qaydada aparılacaq”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO