Şəmkirdə ağır qəza: Avtomobil dərəyə aşdı

Şəmkirdə ağır qəza: Avtomobil dərəyə aşdı

Hazırda oxunan: Şəmkirdə ağır qəza: Avtomobil dərəyə aşdı

252547

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Sərxan kəndi ərazisində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan 99 MH 953 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb. 
 

Hadisə zamanı Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Z. Məmmədov, 1972-ci il təvəllüdlü G. Yolçuyev, 1983-cü il təvəllüdlü N. Səfərov, 1991-ci il təvəllüdlü O. Məmmədov və 1979-cu il təvəllüdlü E. Süleymanov xəsarət alıblar.


Nəticədə minik avtomobili deformasiyaya uğrayıb və əraziyə FHN-in xilasedici qrupu cəlb olunub. 

Avtomobildə sıxılmış vəziyyətdə olan bir neçə nəfər çıxarılaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO