Ukrayna Quru Qoşunlarının komandanı həlak olan əsgərlərinə görə istefa verdi

Ukrayna Quru Qoşunlarının komandanı həlak olan əsgərlərinə görə istefa verdi

Hazırda oxunan: Ukrayna Quru Qoşunlarının komandanı həlak olan əsgərlərinə görə istefa verdi

252486

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-mayor Mixail Drapatıy Rusiya tərəfindən 239-cu poliqona endirilmiş zərbə nəticəsində əsgərlərin həlak olması səbəbilə vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə onun şəxsi bəyanatında deyilir.

“Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı vəzifəsindən istefa vermək qərarını verdim. Bu, tam şüurlu addımdır və 239-cu poliqonda baş verən faciə nəticəsində əsgərlərimizin həlak olmasına görə şəxsi məsuliyyət hissimdən irəli gəlir”, deyə o, qeyd edib.

Drapatıy etiraf edib ki, komandan kimi əmr və göstərişlərinin tam yerinə yetirilməsinə nail ola bilməyib:

“Bu, mənim məsuliyyətimdir. Əsas məsuliyyət həmişə komandanlığın üzərindədir. Məhz komandirlər qaydaları müəyyən edir, qərarlar qəbul edir və nəticələrə cavabdeh olurlar”.

O, həmçinin orduda mövcud olan “kruqovaya poruka” (bir-birini ört-basdır etmə) və cəzasızlığı “zəhər” adlandıraraq, bunları Quru Qoşunlarından təmizləməyə çalışdığını bildirib:

“Əgər faciələr təkrarlanırsa, deməli, səylərim kifayət etməyib. Biz, öyrənməyən, nəticə çıxarmayan, xidməti dəyərləndirməyən və səhvlərini qəbul etməyən bir sistemdə yaşamağa haqqımız yoxdur. Şəxsi məsuliyyət olmadan inkişaf olmaz. İnkişaf olmadan isə qələbə mümkün deyil.”

General-mayor qeyd edib ki, Rusiya zərbəsi nəticəsində 12 nəfər həlak olub, yaralananlar da var:

“Bunlar təlim batalyonunun gənc əsgərləri idi. Onların əksəriyyəti sığınacaqlarda yerləşmişdi. Onlar öyrənməli, yaşamalı, mübarizə aparmalı idilər — həlak olmamalı idilər. Həlak olanların ailələrinə və zərərçəkən hər kəsə dərin hüznlə başsağlığı verirəm.”

Drapatıy əlavə edib ki, faciənin bütün halları ilə bağlı araşdırmaya başlandığını — komandirlərin fəaliyyəti, sığınacaqların vəziyyəti, xəbərdarlıq sistemlərinin səmərəliliyi yoxlanılır. Yaralılara yardım göstərilir:

“Lakin heç bir yoxlama bizdən ayrılanları geri qaytarmayacaq. Biz bu müharibəni qazana bilmərik, əgər ordumuzda şərəf söz yox, əməl olmazsa. Əgər məsuliyyət cəza yox, etimadın təməli olmazsa. Əgər hər bir komandan hər gün verdiyi əmrə, qərara və insana görə cavabdeh olmazsa.”

Xatırladaq ki, 1 iyun tarixində Rusiya ordusu Ukrayna Quru Qoşunlarının təlim bölməsinin yerləşdiyi əraziyə zərbə endirib. Rəsmi məlumatlara görə, 12 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO