Gənclər və İdman Nazirliyinin inzibati binasında Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Federasiya prezidenti Kür Səfərəliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov Motosiklet İdman Federasiyasının prezidenti seçilib. Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Fuad Bağırov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:27 / 30.05.2025
Bu federasiyaya yeni prezident seçildi - FOTO
Hazırda oxunan: Bu federasiyaya yeni prezident seçildi - FOTO
Hazırda oxunan: Bu federasiyaya yeni prezident seçildi - FOTO
252250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.