“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç yenidən Ağdam klubuna qayıda bilər.
Bizim.Media xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl Xəlicə” klubunda çıxış edən bosniyalı qolkiper bununla bağlı klub rəhbərliyi ilə danışıq aparır.
Bildirilir ki, Şehiçin qayıdışı reallaşarsa, “Qarabağ” hazırkı qapıçılardan biri olan Fabian Buntiçlə vidalaşacaq.
Əli sındıqdan sonra hələ də müalicə olunan İbrahiç Şehiçin hətta sabah ölkə kubokunun final oyununu izləmək Bakıya gələcəyi və danışıqları burada davam etdirəcəyi iddia olunur.
Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media