Ermənistan 2021-ci il üçün dövlət büdcəsini azaltdı

Ermənistan 2021-ci il üçün dövlət büdcəsini azaltdı

Hazırda oxunan: Ermənistan 2021-ci il üçün dövlət büdcəsini azaltdı

2522

9 noyabrdan etibarən Ermənistan parlamentində 2021-ci ilin büdcə xərclərinin müzakirə olunması həyata keçirilir.

Müzakirələrdə 2020-ci ilin son rübü ərzində nəzərdə tutulacaq xərclərin və gəlirlərin hesabatına da yer verilib.

Büdcə layihəsinə əsasən 2020-ci ilin sonuna doğru büdcə xərclərinin 17% artacağı, müharibə və pandemiya nəticəsində itikilərin həddən artıq çox olması ilə əlaqədar əlavə xərclərin səhiyyə və hərbi sahələrə yönəldilməsi nəzərədə tutulur. Müvafiq büdcə layihəsində səhiyyə xərclərinin 22%, hərbi xərclərdə isə 2% artırlacağı planlaşdırılır.

Bu vaxt ərzində əldə olunacaq gəlir isə sadəcə 8% təşkil edəcək.

Ümumilikdə Ermənistanın 2020-ci ili 134 milyon dollar büdcə kəsri ilə tamamlayacağı qeyd olunur. Artırılan xərclərin isə digər sahələrdəki azalmalar hesabına kompenasasiya edilməsi və 2021-ci ilin büdcəsində ciddi azalmalara gedilməsi nəzərdə tutulur.

Növbəti il üçün Ermənistan büdcəsində elm və texnika sahələri üçün ayrılan maliyyə vəsaitinin 3,6 % azaldılacağı qeyd olunur. Bu sahəyə ayrılan vəsait əsasən maaşların ödənilməsinə xərclənəcək.

Pandemiya ilə əlaqədar təxirə salınan tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan xərclər də azaldılıb, xüsusilə kinematoqrafiya sahəsinə ayrılan vasaitlərdə 15%-lik azalmadan söhbət gedir. 
Büdcə müzakirələrində xüsusi diqqət çəkən məqam isə tələbələrin sayının azalması ilə bağlı olaraq ali məktəb və magistr tələbələrinin təqaüdləri üçün ayrılan vəsaitin 6,1 % azaldılmasıdır.

Bu azalma Ermənistanın tələbə yaşında olan gənclərin ciddi hissəsinin cəbhədə həlak olmasını göstərir.

Bundan əlavə Milli məclislə bağlı xərclər 8,4 %, Beynəlxalq parlamentlərarası strukturlarda ödənişlər 32,5 % həcmində azaldılıb.



Parlamentdə müzakirələr zamanı Ermənistan ÜDM-un 2020-ci ilin əvvəlində 2%-lik azalma göstərdiyi, ilin sonuna doğru isə bu rəqəmin 6,8 % təşkil edəcəyi bildirilib. Dövlət borcusunun ÜDM-yə nisbəti isə 65 %-ə yüksələcək. Bu amilin Ermənistan iqtisadiyyatının gələcək il üçün xarci borcdan asılılığını daha da artırcağı ehtimal olunur.

Ermənistanın əmək və sosial işlər naziri Zaruhi Batoyan isə 2021-ci il üçün Ermənistanda pensiya və müavinətlərin həcmində hər hansı artım nəzərdə tutulmadığını qeyd edib.

Bir çox təşkilatlar isə müharibə əlillərinə və zərərçəkmiş şəxslərə müavinətlərin ödənilməsi təklifi ilə çıxış edir. Lakin bu məsələ ilə bağlı hökümətin hər hansı qərarı olmadığı deyilir.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO