Binəqədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən gəncin avtomobili icarəyə götürdüyü və dönərxanada köməkçi işlədiyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-yə mərhumun işlədiyi obyektin sahibi məlumat verib. Onun sözlərinə görə, sözügedən şəxsin 24 yaşı var idi və evin tək oğlu idi.
Hadisə şahidi bildirib ki, mərhumu maşından çıxarmağa cəhd etsələr də buna müvəffəq ola bilməyiblər:
"Səhər saatlarında güclü bir səs eşitdik. Avtomobildə sıxılıb qalan gənci çıxarmağa çalışaq da, alınmadı. Təcili tibbi yardım gəldi, dedilər ki, ilkin yardım göstərmək üçün sürücünü maşından çıxarmaq mütləqdir. Mən də dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "102" qaynar xəttinə zəng etdim".
Daha ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:43 / 30.05.2025
Bakıda dönərxanada işləyən gənc icarəyə götürdüyü avtomobillə qəzaya düşdü, həyatını itirdi – VİDEO
Hazırda oxunan: Bakıda dönərxanada işləyən gənc icarəyə götürdüyü avtomobillə qəzaya düşdü, həyatını itirdi – VİDEO
Hazırda oxunan: Bakıda dönərxanada işləyən gənc icarəyə götürdüyü avtomobillə qəzaya düşdü, həyatını itirdi – VİDEO
252199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.