Hal-hazırda keçmiş "Sovetski" kimi tanınan ərazidə söküntü işləri aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə Trend.az etibarlı mənbədən məlumat əldə edib.
"Köçürülən sakinlərlə razılıq əldə edilmiş və onlara qanunamüvafiq kompensasiyalar ödənilib.
Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrini əhatə edir.
Bu proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.
Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb yerində isə park salınması gözlənilir", - mənbə qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:53 / 29.05.2025
"Sovetski"də söküntü başladı – PARK SALINACAQ
Hazırda oxunan: "Sovetski"də söküntü başladı – PARK SALINACAQ
Hazırda oxunan: "Sovetski"də söküntü başladı – PARK SALINACAQ
252018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.