Elgün yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış

Elgün yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış

Hazırda oxunan: Elgün yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış

251947

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq, DİN və DTX Gəncədə 18 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı birgə məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Elgün hündürlükdən yıxılaraq ölüb – RƏSMİ


Bizim.Media xəbər verir ki, rəsmi yayılan məlumatlarda bir sıra maraqlı məqamlar var. Qeyd edilib ki, Elgün İbrahimov mayın 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb.

Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən “Naxış” çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul edib, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib.


Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib. Yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO