KKTC prezidenti Azərbaycanı təbrik etdi

KKTC prezidenti Azərbaycanı təbrik etdi

Hazırda oxunan: KKTC prezidenti Azərbaycanı təbrik etdi

2518

“Azərbaycan şanlı zəfər qazandı”

Bizim.Media xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin yeni seçilən prezidenti Ersin Tatar söyləyib.

E.Tatar Azərbaycanı Qarabağdakı şanlı Zəfəri münasibətilə təbrik edib.

Təbrik məktubunda Azərbaycanın meydanda və masada böyük bir qələbə qazandığını yazıb:

“Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti olaraq bu uğuru öz adımdan və Şimali Kipr Türk xalqı adından ürəkdən təbrik edirəm, qardaşlarımıza xeyirli və uğurlu olmasını diləyirəm. Qardaş ölkə Zəfər tarixi yazdı".

"Azərbaycanın qəhrəman Ordusunu ayrıca təbrik edirəm. Torpaqlarını işğaldan qurtaran, azadlığı uğrunda şəhid olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirəm".

"Azərbaycan bayrağı Qarabağ torpaqlarında əbədi dalğalansın. Qarabağ Azərbaycan, Azərbaycan Qarabağdır. Biz üç dövlət bir millətik".

Ağanisə Sultan Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO