“Beşiktaş” İngiltərə klubunun müdafiəçisini TRANSFER etmək istəyir

“Beşiktaş” İngiltərə klubunun müdafiəçisini TRANSFER etmək istəyir

Hazırda oxunan: “Beşiktaş” İngiltərə klubunun müdafiəçisini TRANSFER etmək istəyir

251681

"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Nottingem Forest"də çıxış edən Ola Aynanı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 

"Beşiktaş" klubu ilə 1 illik müqaviləsi qalan nigeriyalı sağ cinah müdafiəçisini uyğun qiymətə heyətinə qata biləcəyinə ümid edir.


"Qara qartallar" qarşıdakı günlərdə 28 yaşlı futbolçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Ola Ayna 2023-cü ilin yayından "Nottingem Forest"də çıxış edir. Nigeriya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO