Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Prezident İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini alqışlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Kallas rəsmi “X” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda metro qatarlarını yazan Fransa vətəndaşı əfv edildi
“Evinə xoş gəldin, Theo Clerc.
Onun Azərbaycandan azad edilməsi sakit diplomatiyanın və hörmətlə yanaşmanın nəyə nail ola biləcəyini göstərir.
Onun həbsinin başa çatmasından məmnum oldum və xaricdəki vətəndaşlarımıza dəstək olmaq üçün fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm”, - Aİ rəsmisi qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Onların arasında Fransa Respublikasının vətəndaşı 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var. O, 2024-cü ilədə Bakıda metro deposunda vaqonlara qraffiti çəkib. Polis onu saxlayıb. Fransalı Clerc Theo Hugo 3 il müddətinə həbs edilib.
Bizim.Media