Naxçıvanda təbii sərvətlərin istifadəsinə dair YENİLİK

Naxçıvanda təbii sərvətlərin istifadəsinə dair YENİLİK

Hazırda oxunan: Naxçıvanda təbii sərvətlərin istifadəsinə dair YENİLİK

251632

İyunun 26-29-da Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, layihənin məqsədi beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaqdır.

Simulyasiya formatında keçiriləcək tədbir zamanı iştirakçılar beynəlxalq hüquqa dair real münaqişəni təhlil edəcək, dövlət, investor və ictimaiyyət maraqları üzrə mübahisəli situasiyaları analiz etmək imkanı qazanacaqlar.
 

Layihədə hüquq, texniki ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat sahələri üzrə təhsil alan və ya yeni məzun olmuş, yaşı 25-dək olan gənclərin iştirakı nəzərdə tutulur. Ümumilikdə 40 nəfər iştirakçı layihəyə cəlb olunacaq.


Layihə iştirakçılara yalnız nəzəri biliklər qazandırmayacaq, həm də onların arbitraj hüququ sahəsində peşəkar yanaşma bacarıqlarını formalaşdırmağa imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO