Kitab Festivalında Cavad Heyətə həsr olunan tədbir keçirildi – FOTO

Kitab Festivalında Cavad Heyətə həsr olunan tədbir keçirildi – FOTO

Hazırda oxunan: Kitab Festivalında Cavad Heyətə həsr olunan tədbir keçirildi – FOTO

251590

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 4-cü günündə Güney Azərbaycan ədəbiyyatı çərçivəsində cərrah həkim, professor Cavad Heyətə həsr olunmuş "Cavad Heyət-100" adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədlinin moderatorlugu ilə baş tutan tədbirdə görkəmli şairin ədəbi fəaliyyəti ilə yanaşı onun tibb sahəsindəki danılmaz xidmətlərindən də bəhs olunub.

Qeyd olunub ki o, İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib.

Tarix elmləri doktoru Eynulla Mədətli, filologiya üzrə fəlsəfə doktoru Fikrət Məmmədov çıxış edərək şairin həm ədəbiyyat, həm də tibb sahəsində keçdiyi şərəfli yoldan danışıblar.

Onun rəhbərlik etdiyi "Varlıq" adlı jurnalı uzun illər fəaliyyət göstərərək daim diqqət mərkəzində olmağı bacarıb. Azərbaycan və fars dillərində çıxan "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaradıb.

Tədbirdə Cavad Heyətin yaradıcılığı ilə yanaşı, onun insani keyfiyyətlərindən də danışılıb, mütəmadi olaraq Azərbaycan və Türkiyəyə səfərlərindən və bu görüşlərin türk birliyi istiqamətindəki əhəmiyyətindən bəhs olunub.

Tədbir "Xarı bülbül" rəqs qrupunun çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.














Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO