Jurnalistikaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! – Qabiliyyət imtahanı ilə bağlı RƏSMİ AÇIQLAMA

Jurnalistikaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! – Qabiliyyət imtahanı ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Jurnalistikaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! – Qabiliyyət imtahanı ilə bağlı RƏSMİ AÇIQLAMA

251535

Bildiyimiz kimi, abituriyentlər bəzi ixtisaslara yiyələnmək üçün həm də qabiliyyət imtahanı verirlər. Bu ixtisaslardan biri də jurnalistika ixtisasıdır.  2014-cü ildən jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər əlavə olaraq qabiliyyət imtahanı da verirlər. Qabiliyyət imtahanında abituriyent esse yazmaqla öz yazı, düşüncə bacarıqlarını nümayiş etdirirlər.

Bəs jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanına qeydiyyat nə zamandır?

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya verilən məlumata görə, imtahan nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən olunacaq müddətdə qeydiyyatdan keçməlidirlər.

Bildirilib ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər III ixtisas qrupunun DT altqrupu üzrə qəbul imtahanında topladıqları ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsində topladıqları balı isə ən azı 100 olduğu halda qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda onlara təqdim edilən 3 mövzudan birini seçərək mövzu üzrə yazı işi (esse) yerinə yetirirlər. Qabiliyyət imtahanını uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. Jurnmalistika ixtisası üzrə qabiliyyət imtahanı dövlət büdcəsinin vəsaiti hesabına keçirilir. İmtahanın müddəti 2 saat 30 dəqiqədir.

Yazı işini qiymətləndirmə zamanı inşanın məzmunu, yazı savadı, həmçinin onun həcmi nəzərə alınır.

Yazı işi müəyyən meyarlar nəzərə alınmaqla məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO