Azərbaycanda “zerkalni” gündə REKORD SAYDA EVLİLİK

Azərbaycanda “zerkalni” gündə REKORD SAYDA EVLİLİK

Hazırda oxunan: Azərbaycanda “zerkalni” gündə REKORD SAYDA EVLİLİK

251499

Mayın 25-də - yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb.

Bizim.Media xəbər verir ki, “modern.az”ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib.

Qeyd edək ki, bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 11 min 206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici dörd dəfə artaraq 496-ya çatıb.

Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49 508 nikah bağlanıb. Bu gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb.

Qeyd edək ki, simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25.05.2025 tarixi bəzi cütlüklər tərəfindən “uğurlu”, eyni zamanda “yadda qalan” gün kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO