Laçında şəhid olan Kamal Kamallı dəfn edildi

Laçında şəhid olan Kamal Kamallı dəfn edildi

Hazırda oxunan: Laçında şəhid olan Kamal Kamallı dəfn edildi

25148

Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında şəhid olan hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu dəfn edilib.

Bizim.Media-nın xəbərinə görə, şəhid Şəki rayonunun Şəki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO