Dövlət Sosial Müdafiə Fondunda yeni TƏYİNATLAR

Dövlət Sosial Müdafiə Fondunda yeni TƏYİNATLAR

Hazırda oxunan: Dövlət Sosial Müdafiə Fondunda yeni TƏYİNATLAR

251451

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Şahin İbrahim oğlu Əliyev nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
 

Məlumata əsasən, o, hazırkı vəzifəsinə qədər fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru olub.


Həmçinin DSMF sədrinin əmrləri ilə fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Ağasən oğlu Məmmədov vəzifəsindən azad edilərək fondun icraçı direktoru, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Ceyhun oğlu Zalıyev isə vəzifəsindən azad edilərək həmin filialın direktoru təyin ediliblər.

Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsinə isə Aqşin Yusif oğlu Əlizadə təyin olunub. O, hazırkı vəzifəsinə qədər nazirliyin tabeliyində DOST Agentliyinin Daxili nəzarət və audit departamentinin müdir müavini işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO