Xabi Alonso "Real"a təyinatından DANIŞDI

Xabi Alonso "Real"a təyinatından DANIŞDI

Hazırda oxunan: Xabi Alonso "Real"a təyinatından DANIŞDI

251440

"Real"ın yeni baş məşqçisi Xabi Alonso Madrid təmsilçisinə təyinatından danışıb.

Bizim.Media xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında deyib:

"Şübhəsiz ki, bu gün mənim üçün xüsusi gündür. Ömrümün sonuna kimi təyinat tariximi qeyd edəcəyəm. Burada olmaqdan xoşbəxtəm. "Real"ı öz evim hesab edirəm. "Real"la əlaqəm heç vaxt kəsilməyib.

Mənə elə gəlir ki, bu, yeni dövrün başlanğıcıdır. Florentino Peresə mənə etimad etdiyinə görə təşəkkür edirəm. Hiss edirəm ki, "Real" azarkeşləri buna hazırdırlar və startımızı səbirsizliklə gözləyirlər. Onlar bizim daha da böyük olmağımızı, bu klubun tarixini daha da böyük etməyimizi istəyirlər".

Qeyd edək ki, Xabinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub. O, baş məşqçi vəzifəsində Karlo Ançelottini əvəzləyib və işinə iyulda mövsümöncəsi məşqlərlə başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO