Qriqorçuk 2-ci dəfə istefaya göndərildi

Qriqorçuk 2-ci dəfə istefaya göndərildi

Hazırda oxunan: Qriqorçuk 2-ci dəfə istefaya göndərildi

251428

"Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın LNZ klubundan istefaya göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Qriqorçukun LNZ-dəki fəaliyyəti cəmi 5 ay çəkib.
 

Çerkassı təmsilçisi bu müddətdə Ukrayna çempionatında 13 oyun keçirib, 5 dəfə məğlub olub, 6 dəfə heç-heçə edib və cəmi 2 matçda qələbə qazanıb. LNZ Premyer Liqanı 31 xalla 16 komanda arasında 12-ci yerdə bitirib.


Qeyd edək ki, Qriqorçuk LNZ-dən əvvəl ötən ilin iyununda - bu mövsümün əvvəli baş məşqçi təyin edildiyi "Neftçi"də işləyib. Onun klubda fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib. Qriqorçuk uğursuz nəticələrdən sonra istefaya göndərilib. Qriqorçuk 2015-18-ci illərdə Azərbaycanda “Qəbələ”nin də baş məşqçisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO