Nurəddin Şahdağlının imza günü KEÇİRİLDİ – FOTO

Nurəddin Şahdağlının imza günü KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: Nurəddin Şahdağlının imza günü KEÇİRİLDİ – FOTO

251395

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Qızıl Qələm mükafatı laureatı şair Nurəddin Şahdağlının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, "Dönük tale", "Yalan demə utanarsan ", "Ata nəsihəti"  adlı kitabların müəllifidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Səidə Əşrəfqızının vətənpərvərlik mövzusundakı əsərləri festivalda NÜMAYİŞ OLUNDU – FOTO


Ailə dəyərləri, vətənpərvərlik, mövzusunda yazılmış şeirləri müxtəlif antologiyalarda və dərgilərdə yer alıb. 

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO