Arvadını qucaqladığı üçün qohumunu qətlə yetirən şəxs də ƏFV edildi

Arvadını qucaqladığı üçün qohumunu qətlə yetirən şəxs də ƏFV edildi

Hazırda oxunan: Arvadını qucaqladığı üçün qohumunu qətlə yetirən şəxs də ƏFV edildi

251322

Həyat yoldaşını qucaqlayan qohumunu qətlə yetirən Natiq Nurədin oğlu Qəfərov də əfv edilib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ona da şamil edilib.

Belə ki, Kəlbəcər rayonu, Cəmilli kənd sakini, 1971-cü il təvəllüdlü N.Qəfərov 8 il əvvəl Goranboy rayonunun Qaraçinar kəndində qətl törədib. 

Qətl hadisəsi ilə bağlı xatırlatma...
 

Qonşuluqda yaşayan və uzaq qohumu olan, əvvəllər həmin evə tez-tez gələn Mübariz Məmmədov sərxoş vəziyyətdə Natiq Qəfərovun evinə daxil olaraq həyat yoldaşı Nübar Qəfərovanı qucaqlamağa çalışıb. Bu zaman ona intim xarakterli hərəkətlər etməyə cəhd göstərib.


Həmin vaxt Natiq Qəfərov da evdə olub və yataq otağında yatıbmış. Səsə qalxan Natiq Qəfərov dərhal çarpayının yanında olan taxta kətillə M.Məmmədova yaxınlaşıb və arxadan onun baş nahiyəsinə zərbə vurub. Daha sonra sol əli ilə Mübariz Məmmədovun kürək nahiyəsindən hərbi gödəkçəsindən tutub dartaraq yerə yıxıb. Nübar Qəfərova evdən çıxıb həyətə qaçdıqdan sonra Natiq Qəfərov Mübariz Məmmədovun sifət nahiyəsinə yumruqla bir neçə zərbə endirib.
 

Bir qədər sonra Natiq Qəfərov evin həyətindən dəmir parçasını götürüb, əlləri ilə onun baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Nəticədə Mübariz Məmmədovu qətlə yetirib.


Beləliklə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan Natiq Qəfərov məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasını 8 il çəkdikdən sonra ölkə başçının sərəncamı ilə əfv edilib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO