Ziba Sevindikin imza günü keçirildi - FOTO

Ziba Sevindikin imza günü keçirildi - FOTO

Hazırda oxunan: Ziba Sevindikin imza günü keçirildi - FOTO

251215

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazar, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ziba Sevindikin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, o, "Muğam Mənim Həyatım", "Mən şair olmazdım", "Səni düşünürəm", şəhidlərə həsr edilən "Vətən sevgisi" kitablarının müəllifidir.
 

Hazırda iki kitabı çapa hazırlanır.


Z.Sevindik "Qızıl Qələm" media mükafatı, "İlhamlı Azərbaycan" , "Heydər Zirvəsi" "Xarıbülbül", "Cəsarətli Qələm" medalları ilə təltif olunub.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.



Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO