Millimiz növbəti qələbəsini QAZANDI

Millimiz növbəti qələbəsini QAZANDI

Hazırda oxunan: Millimiz növbəti qələbəsini QAZANDI

251135

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 

Millimizin heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.


Qeyd edək ki, komandamız ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Millimiz qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO